Əfqanıstan iqtisadiyyatının bərpasının əsas xərclərini ABŞ və onun sattelitləri öz üzərinə götürməlidir.

Leqal.info xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə əsasən, Əfqanıstanda vəziyyət mürəkkəb olaraq qalır və uzunmüddətli böhran xarakteri alır: "Birləşmiş Ştatlar və onun sattelitləri Əfqanıstan iqtisadiyyatının münaqişədən sonra yenidən bərpasının əsas xərclərini öz üzərinə götürməlidir", deyə Patruşev qeyd edib.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlıqdan danışan Rusiya rəsmisi kiber sferada ümumi yanaşmaları dəstəkləmək və Qərbin bu işə qarışmasına imkan verməmək üçün təşkilata üzv ölkələrin qüvvələrini birləşdirməli olduğunu vurğulayıb.

Leqal.info