Qazaxıstan və Azərbaycan arasında imzalanmış bütün sazişlər ardıcıl surətdə həyata keçirilir.

Leqal.info Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı söyləyib.

“Biz yarım ildən çox müddət əvvəl “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik əlaqələrinin genişləndirilməsi haqqında” Bəyannamə, “Əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçün Kompleks Proqram” və bir sıra digər sənədlər imzaladıq”, - Qazaxıstan Prezidenti vurğulayıb.

Elvin Mahmudlu
Leqal.info