Moldovanın Rusiyadakı səfirliyinin birinci katibi Valeriu Manya “persona-non-qrata” elan edilib.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyindən bildirilib.

Rusiyanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Moldovanın aprelin 19-da verdiyi qərara uyğun olaraq, ölkə səfirliyinin diplomatı “arzuedilməz şəxs” elan olunub.

Qeyd edək ki, Moldovanın Moskvadakı səfiri Lilian Dariy aprelin 25-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Leqal.info