Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşü mayın 10-da Moskvada baş tutacaq.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, Rusiya tərəfinin bu tarixi təsdiqlədiyini qeyd edib.

Çavuşoğlu eyni gündə rusiyalı həmkarı Sergey Lavrovla da ikitərəfli görüş keçirəcəyini vurğulayıb.

Leyla Kamil
Leqal.info