Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin davam etdirilməsinə razılaşıblar.

Leqal.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.

Mişel, həmçinin bildirib ki, hər iki lider 1991-ci il Almatı Bəyannaməsinə və müvafiq olaraq Ermənistanın 29 800 kvadrat kilometr və Azərbaycanın 86 600 kvadratkilometrlik ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər.

“Sərhədlərin yekun delimitasiyası danışıqlar yolu ilə müəyyən ediləcək”, - Mişel qeyd edib.

Elvin Mahmudlu
Leqal.info