Türkiyədə Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən “Cümhur İttifaqı” parlamentdə 316 millət vəkili ilə təmsil olunacaq.

Leqal.info xəbər verir ki, bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.

Səsvermə ilə bağlı parlament seçkiləri ilə bağlı qutuların artıq 99 faizinin açıldığı bildirilib.

Nəticələrə əsasən, “Cümhur İttifaqı”na daxil olan AK Partiya 266, MHP isə 50 deputatla parlamentdə təmsil olunacaq.

“Millət İttifaqı”na daxil olan CHP-dən 169, İYİ Partiyadan isə 44 millət vəkili parlamentə düşə bilib.

Bundan əlavə, Yaşıl Sol Parti 62, Yenidən Refah Partiyası 5, TİP 4 millət vəkili ilə parlamentdə təmsil olunacaq.

Leyla Kamil
Leqal.info