Ukrayna prezidenti Vladimir Zelenski G7-nin Xirosimada keçirilən sammitində Donetsk vilayətinin Baxmut şəhərinin ukraynalı müdafiəçilər tərəfindən itirilməsini təsdiqləyib.

Leqal.info xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata əsasən, şəhərin Ukrayna qüvvələrinin nəzarətində olub-olmaması sualı ABŞ prezidenti Co Baydenlə Yaponiyada görüşdən əvvəl jurnalistlər tərəfindən verilib.

“Düşünürəm ki, yox”, - Ukrayna prezidenti bildirib. “Bu gün Baxmut yalnız bizim qəlbimizdədir”-deyə o qeyd edib.

Leyla Kamil
Leqal.info