Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğanın onu ikinci turda dəstəkləcəyinə dair açıqlamasına münasibət bildirib.

Leqal.info xəbər verir ki, o, bu barədə “TRT Haber”ə müsahibəsində danışıb.

O, S.Oğanın və millətin dəstəyi ilə ikinci turu qazanacağına inandığını qeyd edib.

Ərdoğan, eyni zamanda S. Oğanın müxalifət tərəfindən tənqid edilməsini şərh edərək bildirib ki, bu, gözlənilən idi.

Leyla Kamil
Leqal.info