Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Leqal.info xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Keçmiş Sovet İttifaqı dağılandan sonra ilk dəfə ölkənizin dünya bazar münasibətlərinə yolunu açan, demokratiyanı bərpa edən, eləcə də Azərbaycan xalqının davamlı inkişafının və firavanlığının əsaslarını qoyan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbriklərimi qəbul edin. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi müasir müstəqil Azərbaycanın qurucusunun əməyinə dərin hörmət və ehtiramın ifadəsidir.

İcazə verin, bu əlamətdar fürsətdən istifadə edərək, Bolqarıstan Respublikasının Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş mövcud mükəmməl ikitərəfli münasibətlərini yüksək qiymətləndirdiyimi bir daha təsdiqləyim və bunun gələcəkdə də fəal surətdə inkişafı üçün arzularımı ifadə edim.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı arzularımı, məsuliyyətli işinizdə uğurlar diləyimi və ən yüksək ehtiramımı qəbul edin”.

Leqal.info