Türkiyədə 14 mayda keçirilən parlament seçkiləri nəticəsində Böyük Millət Məclisinə seçilən millət vəkillərinin andiçmə mərasimi keçirilir.

Leqal.info xəbər verir ki, yeni çağırış Məclisin rəsmi ilk iclasına müvəqqəti təyin olunmuş MHP sədri Dövlət Bağçalı sədrlik edir.

Qeyd edək ki, bu mərasimlə yeni dövr fəaliyyətinə başlamış 28-ci çağırış parlamentdə hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) - 268, CHP-dən 169, Yaşıl Sol Partiyadan 61, MHP-dən 50, İYİ Partiyadan 43, Yenidən Rəfah Partiyasından 5, Türkiyə İşçi Partiyasından 4 olmaqla cəmi 600 millət vəkili yer alıb.

Leyla Kamil
Leqal.info