Leqal.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel brifinqdə söyləyib.
"Əvvəllər də qeyd etdiyim kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə müvəffəq olmaq üçün açardır. ABŞ liderlərin son görüşü də daxil olmaqla Azərbaycanla Ermənistan arasında danışıqların müxtəlif platformalarda getməsindən məmnundur", - ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb.
Leyla Kamil
Leqal.info