İsveç hökuməti iyul ayına kimi ölkənin NATO-ya üzv olacağına ümid edir.

Leqal.info xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pal Yonson Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin qeyd etdiyi kimi, İsveç hökumətinin ən yüksək prioriteti NATO-ya mümkün qədər tez tamhüquqlu üzv olmaqdır.

Yonson 11-12 iyul tarixlərində Alyansın Vilnüsdə sammitinin keçiriləcəyini və İsveçin bu tarixə kimi NATO-nun tamhüquqlu üzvü olmağa ümid etdiyini qeyd edib.

Leyla Kamil
Leqal.info