Leqal.info xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı İsveçin NATO-ya üzv olmaq üçün imzaladığı memorandumla bağlı irəliləyişə nail olub-olmaması məsələsi müzakirə olunacaq.
Türkiyə İsveçin üzvlük üçün Madriddə imzalanan üçtərəfli memorandumdakı maddələrin yerinə yetirilməli olduğunu bildirir. Konstitusiya dəyişikliyi və 1 iyundan terrorla mübarizədə yeni qanunun qüvvəyə minməsi müsbət qiymətləndirilsə də, praktikada nələrin baş verəcəyini müşahidə etməyin lazım olduğu vurğulanır.
Elvin Mahmudlu
Leqal.info