Böyük Britaniyanın Baş naziri Rişi Sunak ABŞ-a səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin Ofisi məlumat yayıb.

Məlumata əsasən, Baş nazir Sunak iki günlük işgüzar səfər üçün artıq Vaşinqtondadır.

Rişi Sunak ABŞ Prezidenti Co Baydenlə, Konqres üzvləri və biznesmenlərlə görüşəcək. "Bu görüşlərdə Baş nazirin diqqəti iqtisadiyyatlarımızda böyüməni sürətləndirmək, iş yerləri yaratmaq və xalqlarımızın gələcəkdə təhlükəsizliyini təmin etmək məqsədilə ittifaqın gücləndirilməsinə yönəlib", - Böyük Britaniya Baş nazirinin Ofisnin yaydığı məlumatda qeyd olunub.

Leyla Kamil
Leqal.info