Bayden yetkin və təcrübəli siyasətçidir. Mən ona heç nə öyrədə bilmərəm.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

“ABŞ prezidenti Co Baydenə buradan nə demək istəyirsiniz” sualını cavablandıran Putin Baydeni yetkin və təcrübəli siyasətçi adlandırıb: "Onu öyrətmək mənim işim deyil. O, nəyi düzgün hesab edirsə, onu etsin. Biz öz maraqlarımıza uyğun olanı edəcəyik. Bununla hesablaşmaq lazım olacaq".

Elvin Mahmudlu
Leqal.info