Rusiyada hərbi qiyama cəhdin nəticələri Lüksemburqda keçiriləcək Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Leqal.info xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksandr De Kroo ölkənin Milli Təhlükəsizlik Şurasının Rusiyadakı son hadisələrə həsr olunmuş iclasının yekunundan sonra bildirib.

"Rusiyada Yevgeni Priqojinin nizami orduya qarşı artıq bitmiş üsyanının nəticələri ilə bağlı məsələ Lüksemburqda keçiriləcək Aİ XİN başçılarının müzakirəsinin mərkəzində olacaq. Belçikanı xarici işlər naziri Hadija Labib təmsil edəcək", - deyə Aleksandr De Kroo bildirib.

Lüksemburqun xarici işlər naziri Hadija Labib də Milli Təhülkəsizlik Şurasının iclasında Rusiyada baş verənlərin qlobal ictimaiyyət üçün uzunmüddətli nəticələrinin müzakirə olunduğunu qeyd edib.

"Dünən orada yaşayan belçikalıların təhlükəsizliyinə əmin olmaq üçün Rusiyadakı səfirliyimizlə əlaqə saxladıq. Rusiyada 780 (Rusiyanın cənubunda) belçikalı var. Hazırda hər şey nəzarət altındadır", - o diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info