Krım işğal altında olduqca, müharibə bitməyəcək.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.

"Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik. Krım Rusiyanın işğalı altında olduğu təqdirdə, bu, yalnız bir şey deməkdir: müharibə hələ sona çatmayıb", - Ukrayna Prezidenti vurğulayıb.

Zelenski, həmçinin qeyd edib ki, Krım azad olunmadığı təqdirdə, qələbə də mümkün deyil.

Leyla Kamil
Leqal.info