Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sensasiyalı iddia ilə çıxış edib.

Leqal.info xəbər verir ki, Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə Ukrayna münaqişəsi barədə danışarkən qeyd edib ki, qərbin Kiyevə verdiyi silahlardan Fransadakı etirazçılar istifadə edir.

"Qərbin Kiyevə tədarük etdiyi silahlar Fransada etirazçılar tərəfindən tətbiq olunur", - Rusiya XİN sözçüsü diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info