Yaponiya və Cənubi Koreya nüvə silahı əldə etməkdən çəkinmədiklərini göstərirlər, bu təhlükəli tendensiyadır.

Leqal.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib.

"Yaponiya və Cənubi Koreya öz ərazilərində ABŞ-ın nüvə silahını yerləşdirmək niyyətindədir. Bu, təhlükəli tendensiyadır. ASEAN-dan (Cənub-Şərqi Asiya dövlərlərinin Assosiasiyası-red) olan həmkarımla müzakirə edirik", deyə Rusiya XİN rəhbəri diqqətə çatdırıb.

Lavrov, həmçinin qeyd edib ki, Rusiya nüvə silahının yayılmaması haqqında müqavilənin bütün iştirakçılarının onun tələblərinə əməl etməsi şərti ilə Cənub-Şərqi Asiyada nüvəsiz zonanın yaradılmasına razılıq verməyə hazırdır.

Elvin Mahmudlu
Leqal.info