Rusiya taxıl sazişini uzatmaq barədə düşünəcək. Bunun üçün hələ bir neçə gün var.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya" kanalına müsahibəsində deyib.

O, həmçinin qeyd edib ki, taxıl sazişi çərçivəsində Rusiya üçün heç bir iş görülməyib. Putin bu məsələni tək qapıya oynanılmış oyun adlandırıb.

Rusiya lideri diqqətə çatdırıb ki, ölkəsi taxıl sazişini yalnız ona verilən sözlər yerinə yetirildikdə uzadacaq:

"Rusiya taxıl sazişində iştirakını dayandıra və yalnız ona verilən sözlər yerinə yetirildikdə uzada bilər".

Elvin Mahmudlu
Leqal.info