Leqal.info “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba telemarafonun efirində söyləyib.
Onun sözlərinə əsasən, sammitdə rəsmi Kiyevin NATO-ya rəsmi şəkildə dəvət olunmaması anlaşılandır:
“Sadəcə olaraq tərəfdaşlarımız sürətin çox olacağından qorxurlar. Bildiyiniz kimi, avtomobili sürətlə idarə edəndə qəza törədə bilərsən”.
Kuleba qeyd edib ki, Ukrayna sammitdə iştirakı ilə psixoloji baryeri aradan qaldırdı: “Bizim NATO-nun üzvü olacağımız açıqdır. Tərəfdaşlarımız da bu fikirdədirlər”.
Leyla Kamil
Leqal.info