1980-ci illərdən bəri ilk dəfə olaraq ABŞ-ın nüvə başlıqlı ballistik raketi daşıyan sualtı qayığı (SSBN) Cənubi Koreyadadır.

Leqal.info "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Hind-Sakit okean regionu üzrə koordinatoru Kurt Kempbell məlumat verib.

Qeyd edək ki, ABŞ və Cənubi Koreyanın nümayəndələri Seulda müttəfiqlərin Şimali Koreya ilə nüvə müharibəsi olacağı halda cavab tədbirlərini necə koordinasiya edəcəklərini müzakirə edirlər.

Leyla Kamil
Leqal.info