Avropa İttifaqı (Aİ) Rusiyanı “Taxıl sazişi”ni dərhal bərpa etməyə çağırıb.

Leqal.info xəbər verir ki, Aİ-nin Rusiyadakı Nümayəndəliyinin saytında dərc olunan bəyanatda belə deyilir.

Qeyd olunub ki, Rusiya ərzaqdan silah kimi istifadə edir, bütün dünyada taxıl tədarükündəki fasilələrə və ərzaq qiymətlərinin qlobal artımına görə bütün məsuliyyəti öz üzərinə götürür.

Aİ rəhbəri Cozef Borrell bildirib ki, Aİ qlobal ərzaq təhlükəsizliyi problemini həll etmək üçün zərər çəkən tərəfdaş ölkələrlə işləməyə davam edəcək və taxıl təşəbbüsünün bərpası üçün bütün səyləri dəstəkləyəcək.

Qeyd edək ki, Rusiya iyulun 17-də "Taxıl sazişi"nin müddətinin bitməsini əsas götürərək, sənədin vaxtını uzatmayıb. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.

Leyla Kamil
Leqal.info