"Rusiya böyük qlobal ərzaq böhranına görə məsuliyyət daşıyır".

Leqal.info xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Aİ Xarici İşlər Şurasının iclasından öncə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Borrell, eyni zamanda Rusiyanı Ukraynanın cənubdakı liman şəhəri Odessadakı taxıl anbarlarına qəsdən hücum etməkdə günahlandırıb və onun sözlərinə əsasən, bu, ərzaq böhranını daha da dərinləşdirəcək.

"Rusiya sazişdən çəkilməklə yanaşı, Ukrayna taxılını yandırır. Artıq üçüncü gecədir ki, Rusiya Ukraynaya kütləvi hava zərbələri endirir. Bu təkcə infrastrukturu məhv etmir və ya mülki itkilərə səbəb olmur, eləcə də oradakı ən böyük taxıl anbarını dağıdır. Bu barbar bir hərəkətdir və biz bu gün bunu müzakirə edəcəyik. Taxıl anbarda qalmır, məhv edilir, bu isə o deməkdir ki, ərzaq böhranı olacaq. Biz Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə son vəziyyəti müzakirə edəcəyik", - Borrel diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info