Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin təhqir olunmasını pisləyib.

Leqal.info xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilib.

“Biz bu gün, iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında Qurana qarşı törədilən iyrənc hücumu qəti şəkildə pisləyirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında əks olunub.

Bəyanatda bildirilir ki, Türkiyə islamofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində bu tip hücumların baş verdiyi ölkələrlə birlikdə işləməyə hazırdır.

Leyla Kamil
Leqal.info