Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Aspen Təhlükəsizlik Forumunda söyləyib.
Zelenskinin sözlərinə əsasən, Krım körpüsü sadəcə “kiçik logistik yol” deyil, çünki onun köməyi ilə rus qoşunları sursat alır və bütün yarımadanı hərbiləşdirir.
“Bizim üçün bu, qanundankənar, beynəlxalq hüquq və qüvvədə olan normalardan kənar tikilmiş düşmən obyektidir. Ona görə də bizim məqsədimiz budur. Sülh deyil, müharibə gətirən istənilən məqsəd zərərsizləşdirilməlidir”, - Ukrayna lideri diqqətə çatdırıb.
Leyla Kamil
Leqal.info