“İsveçdə Qurani-Kərim kitabı dəfələrlə təhqir edildiyi üçün biz bu ölkənin İrana yeni təyin olunan səfirini qəbul etməyəcəyik”.

Leqal.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

İran XİN rəhbəri İsveçə yeni səfir göndərməyəcəklərini də diqqətə çatdırıb.

Qeyd edək ki, bu yaxınlarda İsveçin Stokholm şəhərində Qurani-Kərim kitabı yandırılıb. Buna Türkiyə, Azərbaycan, İraq və digər islam ölkələri etirazını bildirib.

Elvin Mahmudlu
Leqal.info