Qətər humanitar layihələrə dəstək çərçivəsində Ukraynaya 100 milyon dollar ayıracaq.

Leqal.info xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal "Telegram" da bildirib.

Hökumət başçısı, həmçinin qeyd edib ki, pul səhiyyə və təhsilə, habelə minalardan təmizləməyə yönəldiləcək.

Şmıqal vurğulayıb ki, tərəflər iqtisadi, ticarət və texniki sahələrdə əməkdaşlıq haqqında razılığa gəliblər.

Qeyd edək ki, Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Kiyevdə səfərdədir. Nazir Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi, taxıl sazişinin davam etdirilməsi məsələləri ilə bağlı müzakirələr aparıb.

Leyla Kamil
Leqal.info