ABŞ Dövlət Departamenti Vaşinqton və Kiyevin Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə başladığını təsdiqləyib.

Leqal.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Ukraynanı indi və gələcəkdə müdafiə etməyə qadir qüvvələrlə təmin etmək, Ukraynanın hərbi institutlarının və sənayesinin səmərəliliyini və şəffaflığını dəstəkləmək, inkişaf etdirmək, eləcə də Kiyevin NATO və Avropa İttifaqına qoşulmaq istiqamətində irəliləməsinə töhfə verən islahatların həyata keçirilməsi ABŞ-ın diqqət mərkəzindədir“, - deyə diqqətə çatdırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak Ukrayna və ABŞ-ın Kiyevə təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı danışıqlara başladığını açıqlayıb.

Leyla Kamil
Leqal.info