Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kiyevə səfəri zamanı yeni müdafiə naziri Rustem Umerov ilə görüşüb. Onlar Aİ-nin gələcək hərbi yardımını müzakirə ediblər.

Leqal.info “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Borrell Kiyevdə keçirdiyi mətbuat konfransında danışıb.

O vurğulayıb ki, görüş zamanı onlar məlumat mübadiləsi və cəbhədəki vəziyyəti, habelə Aİ-nin Ukrayna ordusuna dəstəyi məsələlərini müzakirə etmək imkanı əldə ediblər.

Borrell, həmçinin Aİ-nin Ukraynaya dəstəyi davam etdirəcəyini bildirib.

Leyla Kamil
Leqal.info