Leqal.info xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov teleqram kanalında yazıb.
"Çeçenistan Respublikasının ali mükafatı - Əhməd Hacı Kadırov adına bir nömrəli ordeni Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təqdim edilib. Rusiya Prezidentinin ordenlə təltif edilməsi haqqında fərman hələ 2007-ci ildə imzalanıb, ancaq Respublikamızın bərpasında əvəzsiz xidmətləri olan və tarixinin ən çətin dövründə xalqa dəstək olan bir şəxsə regionun ən ali mükafatını təqdim etmək üçün uyğun imkan olmayıb”, - deyə Kadırov Telegram kanalında bildirib.
Elvin Mahmudlu
Leqal.info