Leqal.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rumıniyanın “Digi24” televiziyasına müsahibəsində bildirib.
Ukrayna dövlət başçısı vurğulayıb ki, müharibə davam edəcəyi təqdirdə ikinci dəfə prezident seçkilərində iştirak edə bilər, ancaq müharibə bitdiyi halda ikinci dəfə namizədliyini irəli sürməyəcək.
Bundan başqa, Zelenski müharibənin başa çatması ilə bağlı tarix açıqlamayıb, lakin bildirib ki, hazırda Ukrayna son və ən ağır mərhələdən keçir.
Leyla Kamil
Leqal.info