Rusiya Federasiyası İsraildəki münaqişənin hər iki tərəfi ilə balanslaşdırılmış yanaşma və dialoq saxlayır.

Leqal.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Rusiya Federasiyası İsrail və Fələstin arasında münaqişənin həlli prosesində rol oynayacaq.

"Rusiya bu münaqişədə bərabər məsafə saxlamalıdır, təkcə bu ona nizamlanma prosesində iştirak etmək hüququ verəcək", deyə Peskov bildirib.

Elvin Mahmudlu
Leqal.info