ABŞ dövlət katibi Entoni Blinken Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa zəng edib.

Leqal.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, dövlət katibi Entoni Blinken Fələstin Prezidenti Mahmud Abbasa zəng edərək Qəzzada Əl-Əhli xəstəxanasındakı partlayış nəticəsində həlak olan mülki vətəndaşlara görə başsağlığı verib.

" HAMAS fələstinliləri və ya onların öz müqəddəratını təyinetmə və ləyaqət, azadlıq, təhlükəsizlik və ədalətlə ilə bağlı qanuni istəklərini təmsil etmir”, məlumatda diqqətə çatdırılıb.

Leyla Kamil
Leqal.info