ABŞ dövlət katibi Entoni Blinkenin İordaniyanın paytaxtı Ammanda Fələstin lideri Mahmud Abbasla görüşü olub.

Leqal.info “İndependent”ə istinadən xəbər verir ki, görüş Blinkenin HAMAS hücumu ilə bağlı İsrailə səfərindən sonra baş tutub.

Bu görüşün hazırkı böhranın başlamasından sonra ABŞ və Fələstinin ali rəsmisi arasında ilk təkbətək görüş olduğu vurğulanıb.

Mahmud Abbas İordan çayının qərb hissəsinə, HAMAS isə Qəzza zolağına nəzarət edir. Tərəflər arasında dərin siyasi fikir ayrılıqlarının olduğu bildirilir.

Leyla Kamil
Leqal.info