Böyük Britaniya Baş naziri Rişi Sunakın İsrail Prezidenti İsxak Hersoqla görüşü olub.

Leqal.info İsrail mətbuatına istinadən xəbər verir ki, Prezident Hersoq və Baş nazir Sunak arasında görüş Yerusəlimdə (Qüds) prezident iqamətgahında baş tutub.

Sunakın İsrail baş naziri Benyamin Netanyahu ilə də görüşəcəyi bildirilib.

Böyük Britaniya Baş naziri "X" hesabında HAMAS tərəfindən girov götürülən şəxslərin ailə üzvləri ilə də görüşdüyü barədə yazıb.

“Tərəfdaşlarımızla işləyərək, biz HAMAS terrorçuları tərəfindən saxlanılan girovların azad edilməsini təmin etməkdə qətiyyətliyik”, - o diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info