Leqal.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” kanalının “60 dəqiqə” proqramına müsahibəsində bildirib.
"Biz BMT Təhlükəsizlik Şurasının heç kimin ləğv etmədiyi və heç kimin imtina etmədiyi qərarlarına sadiqik. Bu qətnamələr 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasına dair razılaşmaların əldə olunmasını əks etdirir. Hər kəsə məlumdur ki, İsrail qondarma yaşayış məntəqələrini genişləndirmək üçün birtərəfli hərəkətləri ilə bu qətnaməni pozur”, - deyə Rusiya XİN rəhbəri diqqətə çatdırıb.
Elvin Mahmudlu
Leqal.info