Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas İsrailin Fələstin xalqına hücumunun dayandırılmasını və humanitar yardımın çatdırılması üçün təcili Qəzza sektoruna dəhliz açılmasını tələb edib.

Leqal.info TASS-a istinadən xəbər verir ki, Mahmud Abbas bunu Fələstin üzrə Qahirə Sammitində bildirib.

Mahmud Abbas mülki şəxslərə hücumu qınayıb, bütün saxlanılanların azadlığa buraxılmasına çağırıb. Fələstin dövlət başçısı Qəzza sakinlərinin anklavdan kənara çıxarılması təhlükəsi barədə xəbərdarlıq edib: “Fələstinlilər heç vaxt torpaqlarını tərk etməyəcək, əbədi öz torpaqlarında qalacaq”.

Mahmud Abbas BMT-ni Fələstin xalqını qorumaq üçün məsuliyyəti üzərinə ötürməyə çağırıb. Onun sözlərinə əsasən, təhlükəsizlik və sülhə yalnız 1967-ci il sərhədləri çərçivəsində iki müstəqil dövlətin yaradılması ilə müvəffəq olmaq mümkündür.

Leyla Kamil
Leqal.info