Leqal.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində söyləyib.
“Bizim hökumətimiz “Dinc Qonşuluq Təşəbbüsü”nü irəli sürüb. Biz qonşularımız və dost ölkələr olan Azərbaycan və Ermənistanla nəhayət, Cənubi Qafqaza dayanıqlı sülh gətirmək istiqamətində birgə iştiraka hazırıq. Bu gün hər iki həmkarımı – Baş nazir Paşinyanı və Baş nazir Əli Əsədovu qonaq etdiyimə görə çox şadam. Dayanıqlı sülhün bizim ölkələrimizə, bütün regiona faydaları olacaq və xalqlarımıza layiq olduğu sülhü gətirəcək”, - Qaribaşvili vurğulayıb.
Leqal.info