“Biz Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik”.

Leqal.info xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Böyük Fələstin Mitinqi”ndə çıxışı zamanı bildirib.

O, Qərbi yeni müsəlman-xristian qarşıdurmasını yaratmaqda ittiham edərək, Qəzzada insanların ölümündə də məhz Qərbin günahkar olduğunu qeyd edib:

“Rusiya-Ukrayna mharibəsində ölənlər üçün timsah göz yaşı tökənlər Qəzzada ölən uşaqlar üçün səsini çıxarmır. Biz Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana kimi bir çox çoğrafiya üçün göz yaşı tökmüşük”.

Ərdoğan, eyni zamanda HƏMAS-ın terror təşkilatı olmadığına dair açıqlamasının gözlənilən olduğunu bildirib

Leyla Kamil
Leqal.info