Leqal.info xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O vurğulayıb ki, İsrailin hücumları nəticəsində indiyə kimi əksəriyyəti körpə, uşaq və qadın olmaqla 8 500 fələstinli həlak olub: “Qəzzada törədilmiş hərbi cinayətlərin təqsirkarlarının qanun qarşısında cavab verməsini təmin etmək üçün danışıqlarımız davam edir”.
Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə bölgədə yeni təhlükəsizlik mexanizmin təsisi məsələsində öz üzərinə öhdəlik götürməyə də hazırdır.
Leyla Kamil
Leqal.info