Türk Dövlətləri Təşkilatı Azərbaycanla Ermənistan arasında normallaşma prosesini qarşılıqlı olaraq suverenlik, ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının təmin edilməsi ilə dəstəkləyir.

Leqal.info xəbər verir ki, bu barədə Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün yekun bəyannaməsində deyilir.

Qeyd olunub ki, liderlər Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı Orta Dəhlizin bir hissəsi olan Şərqi Zəngəzur İqtisadi rayonu və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə, Çin-Qırğızıstan-Özbəkistan, Qazaxıstan-Türkmənistan-İran və Tərmiz-Məzari-Şərif-Kabil-Pişəvər kimi dəmir yolu xətlərinin əhəmiyyətini nəzərə alaraq multimodal daşıma yollarının genişlənməsinin vacibliyini vurğulayıblar.

Leqal.info