Leqal.info xəbər verir ki, bu barədə dövlət katibi Blinken "X" hesabında bildirib.
"Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İsrail-HAMAS münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Biz, eyni zamanda İsveçin NATO-ya daxil olması və qlobal problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyətini müzakirə etdik", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Blinken Türkiyəyə səfər edib.
Leyla Kamil
Leqal.info