Almaniya Kansleri Olaf Şolts İsrailin özünü müdafiə etmək hüququ olduğunu bildirib.

Leqal.info xəbər verir ki, bu barədə Almaniya Kansleri "X" hesabında paylaşım edib.

"HAMAS 5 həftədən çoxdur ki, qadınları, qocaları, uşaqları girov saxlayır. Biz bütün girovların dərhal, qeyd-şərtsiz azad edilməsini tələb edirik! İsrailin özünü müdafiə etmək hüququ və vəzifəsi var", - Kansler bildirib.

Şolts, həmçinin qeyd edib ki, Qəzzada humanitar fasilələr və mülki şəxslərin müdafiəsi çox vacibdir.

Leyla Kamil
Leqal.info