Leqal.info xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkənin ictimai telekanalının efirində bildirib.
XİN başçısı Gürcüstanın bu prosesdə tərəfsiz oyunçu rolunu uğurla həyata keçirdiyini deyib.
O, Ermənistan-Azərbaycan münaqişəsinin çox çətin və mürəkkəb olduğunu, bu illər ərzində Gürcüstanın bu “təbii rolu” oynamağa çalışdığını vurğulayıb.
Nazir, həmçinin qeyd edib ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin xüsusi səyləri sayəsində konkret nəticələr əldə edilib.
Elvin Mahmudlu
Leqal.info