"İndiyə kimi 13 min fələstinli uşaq, qadın və qoca öldürülüb. Artıq Qəzza deyilən yer yoxdur, hər şey dağıdılıb".

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı zamanı bildirib.

O vurğulayıb ki, əgər Almaniya və Türkiyə birlikdə Qəzzada humanitar atəşkəsə nail ola bilsə, bölgəni xilas etmək imkanı yaranacaq.

Ərdoğan, eyni zamanda Türkiyənin Qəzzaya gəmi ilə 666 ton humanitar yardım göndərdiyini qeyd edib.

Leyla Kamil
Leqal.info