Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Görüş əsnasında İsrailin Qəzzaya hücumları, Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələr və qlobal problemlər müzakirə edilib.

Türkiyə lideri İsrailin Fələstin torpaqlarına hücumlarına son qoyulmalı olduğunu və insan haqlarının pozulmasına bütün dünyanın reaksiyasının vacib olduğunu bildirib.

Leyla Kamil
Leqal.info