“Fələstin məsələsinin adil siyasi həlli olmadan bölgəmizdə daimi sülhün və sabitliyin yaradılması mümkün deyil”.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə birgə mətbuat konfransı zamanı bildirib.

O vurğulayıb ki, 1967-ci ilin sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmaz bir gerçəklikdir.

Ərdoğan, eyni zamanda girov düşən şəxslərin mübadiləsində ən qısa zamanda nəticə əldə ediləcəyinə ümid etdiyini vurğulayaraq, bu istiqamətdə danışıqların davam etdiyini də bildirib.

Leyla Kamil
Leqal.info