Rusiya zamanla Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını tam şəkildə təmin edəcəyinə ümid edir.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossii-1"-ə müsahibəsində bildirib.

Dmitri Peskov vurğulayıb ki, KTMT-yə tələbat var, üzvləri onu gücləndirmək və inkişaf etdirmək niyyətindədirlər: “Ermənistanın mövqeyi məlumdur. Lakin biz hamımız razılaşa bilərik ki, KTMT aktuallığını qoruyur”.

Leqal.info