Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar.

"Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələr və sülh sazişində tərəflərin yanaşmaları müzakirə edilib. ABŞ dövlət katibi Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü ilə bağlı təklifinə Ermənistan tərəfi müsbət cavab verib", - deyə qeyd olunub.

Leqal.info